26 C
Baku
Thursday, May 30, 2024

Tovuz Azərbaycanın yeni “Gənclər Paytaxtı” elan edilib

Bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Azərbaycanın növbəti “Gənclər Paytaxtı”nın adı elan edilib.

Püşkatmanın nəticəsinə əsasən Tovuz 2022-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” elan olunub.

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl şəhər və rayonları Azərbaycanın “Gənclər Paytaxtı” olmuşdu.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər