Tovuz rayonunun Aşağı Quşçu kəndində intihar hadisəsi baş verib.
Kənd sakini 57 yaşlı Manaf Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib.
Kənd sakinlərindən verdiyi məlumata görə, M.Məmədovun banklara borcu olub: “Kasıb ailədirlər. Manafın üç uşağı var, birisi laldır, fəhləlik etməklə ailəsini dolandırırdı. Deyilənlərə görə, çoxlu borcu var imiş”.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır./virtualaz.org