16 C
Baku
Monday, September 30, 2024

Tovuz və Quba filialına “Hesab üzrə mütəxəssis” – Bank Respublika

“Bank Respublika” ASC Tovuz və Quba filialına “Hesab üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 25 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştərilərə bankın məhsul və xidmətləri haqda ətraflı və dolğun məlumat və məsləhətlər vermək;
• Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
• Müştərilər üçün ödəniş tapşırıqlarını tərtib etmək;
• Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
• Bank tariflərinə uyğun olaraq müştərilərdən komisyon haqları tutmaq;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

• Ali  iqtisadi təhsil;
• Əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dili sərbəst, rus dili arzuolunandır;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 aprel 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Tovuz/Quba filialı/Hesab üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər