24 C
Baku
Wednesday, August 17, 2022

Tovuzda filial müdirinin qətlinin üstü açılıb

Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

Banker.az-ın Trend-ə istinadən məlumatına görə, “Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramovanı qətlə yetirən şəxs saxlanılıb.

Həmin şəxs şirkətin baş mühasibi Vidadi Vəliyevdir. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. İstintaqa ifadəsində Vəliyev qətli pul mübahisəsi üstə törətdiyini bildirib. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerinə aparılıb və cinayət yerində dindirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.

Qeyd edək ki, aprelin 22-də “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramova iş otağında küt alətlə qətlə yetirilib.

Onun müavini Vidadi Bəhman oğlu Vəliyev şahid qismində ifadə verərkən bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.

Son xəbərlər
Oxşar xəbərlər