-3 C
Baku
Sunday, December 15, 2024

Tovuzda kütləvi kök yığımına başlanılıb – pandemiya səbəbindən xarici bazarlarda tələbat azalıb

Tovuzda Kür çayıətrafı sahələrdən kök yığımına başlanılıb. Rayonun Hunanlar kəndində kütləvi becərilən bitki yüksək məhsuldarlığı ilə seçilir.

Hunanlar kəndinin sakinləri kökü əl əməyi ilə, sahəyə su buraxıldıqdan sonra toplayırlar. Belə olanda kökü çıxarmaq daha asan olur. Lakin iş bununla bitmir. Torpaqdan çıxarılan zaman palçıqlı olan məhsul sakinlərin düzəltdiyi xüsusi yerlərdə yüksəktəzyiqli su şırnaqları ilə yaxşıca yuyulur, təmizləndikdən sonra qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir.

Kənd sakini Talıb Babayev deyir ki, pandemiya səbəbindən əvvəlki illərdən fərqli olaraq, bu il xarici bazarlarda tələbat da azalıb: “Düzdür, bu il də kəndə kök almaq üçün yük maşınları gəlir. Amma keçənilki kimi çox deyil. Kənd sakinlərinin məhsulu isə çoxdur”.

Sakinlərin sözlərinə görə, məhsulu yuyub qablaşdırdıqdan sonra yaxşı halda bir həftə saxlamaq olur. Sonra xarab olmağa başlayır. Elə ona görə də satış nə qədər tez həyata keçərsə, məhsulları da xarab olmaz. Hazırda isə təsərrüfatlarda xeyli miqdarda kök qablaşdırılmaqdadır.

Kökün bir kiloqramının hazırkı satış qiyməti 40-50 qəpiyədir. İnsan orqanizmi üçün xeyirli olan kökü təsərrüfat sahibləri toxum halında torpağa oktyabrda səpirlər. Aprelin sonu – mayın əvvəlindən isə kütləvi yığımı həyata keçirilir.

Hunanlar kəndində yayın ortalarına qədər sahələrdən kök yığımı davam edəcək.

kök2

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər