21 C
Baku
Thursday, October 17, 2024

Tovuzda şərab zavodunda yanğın məhdudlaşdırılıb – Yenilənib

10:53

Xəbər verildiyi kimi, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09:59

Tovuzda yanğın hadisəsi baş verib.

Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər