Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Şükür Salman oğluna məxsus “Turan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.