14 C
Baku
Saturday, April 27, 2024

Toxuculuq və geyim istehsalı sahələrində 165,6 mln manatlıq məhsul istehsal edilib

Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 165,6 milyon manat dəyərində məhsul istehsal edilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edirək xəbər verir.

Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə toxuculuq sənayesində 48,1 faiz, geyim istehsalında 10,2 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 29,5 faiz azalma müşahidə olunub.

Bildirək ki, 2019-cu ilin yanvar-aprel aylarında 37,889 tonluq pambıq lifi, 13,442 tonluq pambıq iplik və 25,2 min ədədlik üst geyim məhsulları istehsal edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər