10 C
Baku
Thursday, December 12, 2024

Toylar azalıb, menyular bahalaşıb – qiymətlər isə yox

Bakıda şadlıq saraylarında sifarişlərin sayı azalsa da, menyuların qiymətində bahalaşma qeydə alınıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, 2023-cü ilin avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 84.6 faiz azalıb.

Bu, avqustun Məhərrəm ayına təsadüf etməsi ilə bağlıdır. Bununla yanaşı, şadlıq saraylarında avqust ayında qiymətlər 4.2 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4%, qeyri-ərzaq məhsulları üzrə 110,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.

Bu ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6%, ötən ilin avqust ayına nisbətən isə 108% təşkil edib.

Mənbətrend
Son xəbərlər
Digər xəbərlər