22 C
Baku
Saturday, June 25, 2022

“Toyota” 1 mindən çox avtomobili geri çağırdı

“Toyota Motor” şirkəti Rusiyada 1,1 mindən çox “Land Cruiser Prado” avtomobilini geri çağırıb.

Bu qərar avtomobillərdə yüksək təzyiqli yanacaq nasosunu rampa ilə birləşdirən borunun düzgün quraşdırılmaması ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, bu qüsur nəticəsində yanacaq sızması və mühərrikin işinin dayanması qeydə alına bilər.

Geri çağırılma 2018-ci ilin martından 2019-cu ilin aprelinədək Rusiyada satılmış dizel mühərrikli modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

©Trend

Son xəbərlər
Oxşar xəbərlər