“Toyota Motor”un Tokio Birjasında bazar kapitallaşması keçən həftə 5%-dən çox və ya təxminən 15.5 milyard dollar azalıb. Səbəb – avtomobil istehsalçısının bəzi modelləri üçün müəyyən edilmiş piyadaların mühafizəsi testlərinin saxtalaşdırılması olub, buna görə də korporasiya istehsal olunan avtomobillərin ümumi sayının demək olar ki, 1%-ni geri çağırmaq məcburiyyətində qalıb.
Genişmiqyaslı yoxlamanın nəticələrinə əsasən, “Honda”, “Suzuki” və “Yamaha” da daxil olmaqla, digər avtomobil konserniləri tərəfindən sertifikatlaşdırma qaydalarının pozulması hallarını aşkarlanıb. Ötən həftə “Honda” qiymətləri 5.75%, “Yamaha” – 2.2%, “Suzuki” isə 0.3% düşüb.
İyunun 3-də araşdırmanın nəticələrinin açıqlanmasından sonra “Toyota” hazırda Yaponiyada istehsal olunan üç modelin (“Corolla Fielder”, “Corolla Axio” və “Yaris Cross”) tədarükünün və satışının dayandırıldığını elan edib. Şirkətin sədri Akio Toyoda müştərilərdən və səhmdarlardan üzr istəyib.
Bazar ertəsi günü yuxarıda qeyd olunan bütün şirkətlərin kotirovkaları bərpa olunub: “Toyota” səhmləri 1.7%, “Honda” – 2.13%, “Mazda” isə 1.7% bahalaşıb. “Suzuki” və “Yamaha” qiymətləri də bir qədər artıb.