Yapon avtomobil şirkəti Toyota keçən il Alman Volkswageni geridə qoyaraq 9.53 milyon avtomobil sataraq birinci yerdə qərarlaşıb.
Banker.az “Haber Global”a istinadən xəbər verir ki, Toyota-nın illik satışları, epidemiyanın qlobal iqtisadiyyata təsiri səbəbiylə 2020-ci ilin aprel-iyun aylarındakı satışlardan sonra, son 5 ildə ilk dəfə azalmışdı.
Çin və ABŞ bazarlarında canlanan Toyota, keçən ilin son rübündən bəri satışlarını ay-ay artırıb.
Alman istehsalçısı Volkswagen-in isə 2020-ci ildəki qlobal satışları yüzdə 15.2 azalaraq 9.31 milyon oldu.