11 C
Baku
Şənbə, Dekabr 4, 2021

“Toyota” 2030-cu ilə qədər elektromobillərə $3.4 mlrd. sərmayə qoyacaq

Yaponiyanın “Toyota” şirkəti elektrikli avtomobillərin inkişafına 3.4 milyard dollar sərmayə qoyacaq. Bu, 10 il ərzində görkəmli yapon markasının elektromobillərə keçəcəyini göstərir.

Banker.az xəbər verir ki, indi konsernin əsas vəzifəsi batareyaların hazırlanmasıdır.

Məbləğin böyük hissəsi məhz buna xərclənəcək. Birincisi, ABŞ ərazisinə elektrikli avtomobil istehsalı zavodu inşa ediləcək, ona təxminən 1.29 milyard dollar sərf ediləcək.

Zavod 2025-ci ildə işə başlayacaq və 1 750 insanı işlə təmin edəcək. Eyni zamanda yeni istehsal nöqtələri istifadəyə veriləcək.

Son xəbərlər
Oxşar xəbərlər
X