“Toyota” şirkəti 2030-cu ilə qədər elektromobillərə 35 milyard sərmayə qoyacaq. Bildirilir ki, konsern onilliyin sonuna istehsalı 3.5 milyon ədəd artırmağı planlaşdırıb.
Banker.az xəbər verir ki, bu barədə CEO Akio Toyoda məlumat verib.
Hazırda “Toyota”nın elektrik avtomobillərinin satışında böyük payı həm akkumulyatorların, həm də daxili yanma mühərrikinin quraşdırıldığı hibrid modellər tutur, lakin şirkət diqqətini akkumulyatorlu elektrik avtomobillərinin yaradılmasına yönəltmək istəyir. Bunun üçün o, akkumulyatorların texnoloji inkişafına xərcləri 4.4 milyard dollar artırır.
Avtomobil istehsalçısı hibrid və hidrogen avtomobillər də daxil olmaqla, digər elektromobil növlərinə daha 35 milyard dollar xərcləməyi planlaşdırır.
“Toyota” 2035-ci ilə qədər öz fabriklərində karbon neytrallığına nail olmağı hədəfləyir.