4 C
Baku
Cümə, Yanvar 21, 2022

“Toyota” ABŞ-da istehsalın artırılmasına $1.29 mlrd. sərmayə qoyur

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” ABŞ-ın Şimali Karolina ştatında layihəyə 1.29 milyard dollar sərmayə qoyaraq yeni akkumulyator zavodu inşa edəcək.

Banker.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, 2025-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılan zavodun gücü ildə 200 min avtomobil üçün litium-ion batareyaları istehsal etməyə imkan verəcək. Birinci mərhələdə zavod dörd montaj xətti ilə təchiz olunacaq, lakin gələcəkdə onların sayı altıya çatdırılacaq. Bu, şirkətə görə, akkumulyatorların ümumi istehsalını ildə 1.2 milyon ədəd artırmağa imkan verəcək.

Daha əvvəl “Toyota” ABŞ-da akkumulyator istehsalını genişləndirilməsinə 2030-cu ilə qədər təxminən 3.4 milyard dollar investisiya qoymağı planlaşdırdığını açıqlamışdı.

Son xəbərlər
Oxşar xəbərlər