28 C
Baku
Wednesday, July 24, 2024

“Toyota” ABŞ və digər ölkələrdə elektrikli avtomobillərə qarşı çıxıb

Dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota” ABŞ və digər ölkələrdə elektrikli avtomobillərə kütləvi keçidin qarşısını almağa çalışır.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Şirkətin top-menecerləri ABŞ Konqresi nümayəndələri ilə görüşüblər və Bayden administrasiyasının elektrikli nəqliyyat vasitələrinin inkişafına 174 milyard dollar sərmayə qoymaq qərarını kəskin şəkildə tənqid ediblər.

Xatırladaq ki, bu məbləğdən 100 milyard dollar subsidiyalara, 45 milyard dollar – avtobus parklarının elektrikləşdirilməsinə, 15 milyard dollar – şarj stansiyaları infrastrukturunun genişləndirilməsinə və 10 milyard dollar – “ekoloji” yük maşınlarının stimullaşdırılmasına yönəldiləcək.

“Toyota” nümayəndələri elektrik enerji istehsalından yaranan tullantıların ənənəvi qazlardan daha təhlükəli olduğunu bildirib, o cümlədən dəstək siyahısına hibrid avtomobillərinin daxil edilməsini tələb edib.

Qeyd olunur ki, şirkət Avropa Birliyi, Yaponiya və Hindistanda da oxşar siyasət yürüdür. 2025-ci ilə qədər “Toyota” 15 yeni elektromobil təqdim etməyi planlaşdırır. “Toyota”dan başqa elektrikli avtomobil istehsalına “Nissan”, “General Motors” və “Volkswagen” də başlayıb.

Son xəbərlər
Digər xəbərlər