10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

“Toyota” “adi avtomobil istehsalçısı” imicindən qurtulmaq üçün $800 mln. sərmayə qoyacaq

“Toyota” şirkəti satışların azalması fonunda “ənənəvi avtomobil istehsalçısı” imicindən kənara çıxmaq istəyir. Yapon avtomobil nəhəngi süni zəka, avtonom nəqliyyat və ağıllı şəhərlər texnologiyasına yönəlmiş startaplara investisiya qoymaq üçün fond yaradacaq.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir.

Nə baş verib? “Toyota” ənənəvi avtomobil istehsalçısından daha mobil şirkətə çevrilmək istəyir. Cümə axşamı günü konsern süni zəka, avtonom nəqliyyat, rabitə və ağıllı şəhərlər texnologiyasını inkişaf etdirən şirkətlərə investisiya yatıracaq 800 milyon dollarlıq beynəlxalq investisiya fondu yaratdığını açıqlayıb.

Vacib faktlar:

1. Şirkət həm özü-özünü idarə edən (avtonom) avtomobillərin rahatlığını və etibarlılığını artıracaq, həm də müstəqil şəkildə hərəkət edə bilməyən insanlar üçün robotlar inkişaf etdirəcək yeni texnologiyalara investisiya qoymağı planlaşdırır ki, bu da ona “ənənəvi avtomobil istehsalçısı” imicindən uzaqlaşmağa kömək edə bilər.

2. Fond bu yolda atılan ilk böyük addımlardan biridir. Xatırladaq ki, cari ilin iyul ayının sonunda “Toyota” şirkəti Woven Planet Holdings adlı yeni şirkət yaratdığını elan etmişdir. Bu şirkət 2021-ci ilin yanvarında fəaliyyətə başlayacaq və Tokioda yerləşən Research Institute — Advanced Development tədqiqat mərkəzinin yerini tutacaq.

3. Woven Capital investisiya fondu bu şirkətin bir hissəsi olacaq və Toyota AI Ventures (“Toyota”nın əsas vençur fondu) ilə birlikdə işləyəcək.

4. Bu barədə açıqlama “Toyota”nın 2018-ci ilin martında qurulan tədqiqat institutu tərəfindən edilib.

5. İnstitut yanvar ayında elan edilmiş və ağıllı şəhərlərdə startaplar, mobillik və robot texnikası üçün inkubator rolunu oynayacaq Woven City layihəsinə rəhbərlik edir.

6. İyun ayında “Toyota” hidrogen elementli yanacaqla işləyən nəqliyyat vasitələrinin genişləndirilməsinə investisiya qoymağı planlaşdırdığını açıqlamışdı.

Sitat: “Gələcəkdə “Toyota” bütün dünya üçün mobillik və nəqliyyat həlləri sahəsində müxtəlif xidmətlər təqdim edəcəkdir. Bir onu hamımıza sevinc və hərəkət azadlığı verən mobillilik şirkətinə çevirəcəyik”, – deyə avtokonsernin rəsmi açıqlamasında deyilir.

Əlavə: Ötən həftə “Toyota” yapon avtomobil satıcıları ilə ortaq şəkildə onlayn avtomobil mağazasını açıb. Şirkətin verdiyi məlumata görə, bu xidmət yapon istehlakçılarına nəqliyyat vasitələrini seçmək, qiymətləri yoxlamaq və etibarlı dilerlər vasitəsilə satınalma müqaviləsini bağlamaq imkanını verir. Bu qərar potensial alıcıların koronavirusun yayılması ilə bağlı narahatlıqlarına cavab idi. Xidmət gücə-gündüz il boyu işləyəcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər