2 C
Baku
Saturday, December 14, 2024

“Toyota” avtomobil istehsalını 40% azaldır

Dünyanın ən böyük avtomobil istehsalçısı “Toyota” qlobal mikroçip çatışmazlığı səbəbindən istehsalı azaldacağını açıqlayıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, sentyabr ayında şirkət 900 min yeni avtomobil istehsal etməyi planlaşdırıb, lakin həcmi 40% azaldaraq 540 min avtomobilə endirmək qərarına gəlib. İstehsalın azaldılmasının ikinci səbəbi Cənub-Şərqi Asiya ölkələrində koronavirusun “delta” ştamının sürətlə yayılması olub.

“İllik plan hazırlayanda risk faktorlarını nəzərə aldıq. Amma faktorların təsiri daha güclü olub və gözlədiyimizdən daha erkən özünü göstərib”, – deyə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri söyləyib.

Qeyd edək ki, “Toyota”nın bu açıqlamasından sonra Tokio fond birjasında şirkətin səhmləri 4.4% düşüb. Bu, 2018-ci ildən bu yana ən böyük azalma olub.

Mikroçip çatışmazlığı 2021-ci ilin əvvəlində demək olar ki, bütün avtomobil istehsalçıları üçün qlobal problemə çevrilib. Onların ən böyük tədarükçüsü “Taiwan Semiconductor Manufacturing Company” (“TSMC”) şirkəti yanvar-mart aylarında istehsalı 30% artırıb. İlin sonuna qədər “TSMC” istehsalı 60%-ə qədər artırmağa söz verib.

Son xəbərlər
Digər xəbərlər