11 C
Baku
Saturday, November 16, 2024

“Toyota” avtomobillərin satışına görə birinci yerə yüksəlib

Yaponiyanın “Toyota” avtomobil istehsalı şirkəti son 5 ildə ilk dəfə satışa görə dünyada birinci yerə qalxıb.

“Toyota” 2020-ci ildə bütün dünya üzrə 9,5 milyon ədəd avtomobil satıb. Buraya “Daihatsu Motor” və “Hino Motors” kimi brendlər də daxildir.

İşgüzar fəallığın bu göstəricisi “Toyota” şirkətinə əsas rəqibi olan Almaniyanın “Volkswagen” şirkətini üstələməyə şərait yaradıb. Son 4 ildə Almaniya şirkəti satışa görə dünyada birinci olub. Ötən il “Volkswagen” şirkəti 9,3 milyon avtomobil satıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası satışa ciddi təsir göstərdiyinə görə, dünyanın aparıcı avtomobil istehsalı şirkətləri ziyana düşüb. Belə ki, “Toyota” şirkətinin göstəriciləri 11,3 faiz, “Volkswagen” şirkətininki isə 15,2 faiz aşağı düşüb.

Keçən ilin ikinci yarısında bütün dünya üzrə iqtisadiyyatın bərpası başladıqdan sonra avtomobillərə tələbat da artıb. “Toyota” şirkəti ABŞ-da və Çində satışları artırmağa müvəffəq olub. Bununla da 2020-ci ildə baş verən ümumi azalmanın qarşısını alıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər