“Toyota” şirkəti yarımkeçirici çatışmazlığı səbəbindən yanvar ayında Yaponiyanın beş fabrikində avtomobil istehsalını dayandıracaq.
Banker.az xəbər verir ki, müəssisələrin xətlərində fasilələr iki gündən bir həftəyə qədər davam edəcək.
Qeyd olunur ki, avtomobil istehsalının dayandırılması 20 minə yaxın yeni avtomobilin buraxılış müddətinə təsir edəcək. Bununla belə, şirkət istehsalın dayandırılmasının qrupun 2022-ci ilin martında başa çatacaq növbəti maliyyə ilində təxminən 9 milyon avtomobil buraxmaq üzrə qlobal planlarına mane olmayacağını söyləyib.
“Toyota”nın 2021-ci il dekabrın ortalarında elan etdiyi və dünya miqyasında 800 min avtomobil istehsalı ilə yanvar ayı istehsal planı da yerinə yetiriləcək.