Yaponiyanın ən böyük avtomobil korporasiyası olan “Toyota Motor” Sıçuan cənub-qərb inzibati əyalətinin mərkəzi olan Çendu şəhərində yerləşən zavodunun fəaliyyətini bərpa edib.
Beləliklə, korporasiyanın Çindəki 4 zavodunun hamısı yeni koronavirusun yayılması ilə əlaqədar problemlər səbəbindən dayandırılmasından sonra fəaliyyətini bərpa edib. Hələlik, korporasiyanın Çindəki müəssisələri istehsal zəncirlərindəki karantin məhdudiyyətləri səbəbindən hələ də çətinlik çəkdikləri üçün 50% səviyyəsində yüklənir.
Qeyd edək ki, иundan əvvəl Yaponiyanın “Nissan Motor”, “Honda Motor” və “Mazda Motor” şirkətləri Çindəki fabriklərinin işini qismən və ya tamamilə bərpa edib.
©APA