10 C
Baku
Friday, December 27, 2024

Toyota “GR Supra”nın son xüsusi versiyasını təqdim etdi

“Toyota” şirkəti “GR Supra” sportkarının yeni xüsusi versiyasını – “Toyota GR Supra A90 Final Edition”ı təqdim edib.

Bu barədə championat.com məlumat yayıb.

Məlumata görə, bu model istehsalı başa çatmaqda olan hazırkı nəsil “GR Supra”nın kulminasiya nöqtəsidir.

“Toyota GR Supra A90 Final Edition” şirkətin “Gazoo Racing” bölməsi ilə əməkdaşlıqda, yarışlarda əldə edilmiş təcrübəyə əsaslanaraq işlənib hazırlanıb.

Avtomobil üçlitrlik mühərriklə təchiz olunub, onun gücü 250 kVt-dan (340 at qüvvəsi) 320 kVt-a (435 at qüvvəsi) yüksəlib. Yeni məhsulun maksimal sürəti 270 km/saatdır.

Həmçinin dəyişdirilmiş asqıya və təkmilləşdirilmiş aerodinamikaya malik “Toyota GR Supra Lightweight Evo” təqdim olunub. Hər iki avtomobil üçün sifarişlər 2025-ci ilin yanvar ayından qəbul ediləcək.

1 45 2 31

 

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər