10 C
Baku
Friday, October 25, 2024

“Toyota” İngiltərə və Fransadakı zavodlarının fəaliyyətini dayandırır

Yaponiyanın “Toyota” avtomobil konserni koronavirusun yeni mutasiyası ətrafında yaranmış vəziyyətə görə, İngiltərə və Fransadakı zavodlarının fəaliyyətini dayandırır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər veriir.

Verilən məlumata görə, şirkətin İngiltərədəki mühərrik istehsalı zavodu 22 dekabr, montaj zavodu isə 23 dekabrda bağlanacaq. Təkər istehsalı ilə məşğul olan Fransa zavodu 22 dekabrda fəaliyyətini dayandıracağını elan edib. Bütün işçilər 24 dekabrda başlayan Milad tətili ilə əlaqədar olaraq vaxtından əvvəl evə göndəriləcək.

Bu qərar şirkətin ehtiyat hissələrinin tədarükündə yarana biləcək fasilələr qorxusu ilə bağlı olmuşdur. Qeyd edildiyi kimi, bunun səbəbi İngiltərədə yeni koronavirus mutasiyasının tapılması və iki ölkə arasında aviauçuşların dayandırılması ola bilər. Belə ki, Fransa İngiltərədən gələnlərə 48 saatlıq moratorium tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər