14 C
Baku
Thursday, November 21, 2024

“Toyota” koronavirusa görə Yaponiyadakı beş zavodunu bağlayır

Yaponiyanın nəhəng avtomobil istehsalçısı “Toyota Motor” yeni növ koronavirusun yayılması səbəbiylə ölkədəki beş zavodunda istehsalı dayandırmaq qərarına gəlib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilir ki, bağlanan zavodlar Ayti və Fukuoka prefekturalarında yerləşir. Bu qərar bu ərazidə yerləşən yeddi “Toyota” istehsal xəttinin müvəqqəti dayandırılması ilə nəticələnəcək. İşlərin bərpa edilməsi isə 6-15 aprel tarixlərinə planlaşdırılır.

Yaponiyada 18 “Toyota” şirkəti var. 23-25 ​​aprel tarixlərində şirkət Ayti prefekturasındakı əsas zavodlarından birini orada işləyən işçilərdə yeni növ koronavirusa yoluxma hallarının aşkarlanması səbəbindən qismən bağlayıb.

©APA

Son xəbərlər
Digər xəbərlər