6 C
Baku
Sunday, December 15, 2024

Toyota liderliyini qoruyub saxlayır

Yaponiyanın avtomobil istehsalçısı Toyota Motor Corp. General Motors Co. və Volkswagen AG şirkətlərini keçərək ikinci il ardıcıl olaraq satışların həcminə görə dünya liderliyini qoruyub saxlayır.

Keçən il ərzində şirkətin Hino Motors Ltd. və Daihatsu Motor Co., bölmələri də daxil olmaqla Toyota-nın dünya üzrə satışları 2012-ci il ilə müqayisədə 2,4% artmış və 9,98 milyon avtomobil təşkil etmişdir.

Qeyd edək ki, şirkət bu göstəricini 10 milyon avtomobilə qədər yüksəltmək niyyətindədir. Bununla yanaşı General Motors-un bütün dünya üzrə satışları 4%, Volkswagen-in isə 5% artmışdır.

Son xəbərlər
Digər xəbərlər