“Toyota Motor” şirkəti Yaponiya və ABŞ-da elektromobillə üçün akkumulyator istehsalçına 730 milyard yen (təxminən 5.6 milyard dollar) investisiya qoymaq niyyətindədir. Akkumulyator istehsalının 2024-cü ildən sonra başlaması planlaşdırılır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Ümumi məbləğin təxminən 3 milyard dolları şirkəti Yaponiyadakı zavodlarından birində istehsalın genişləndirilməsinə, qalanı isə Şimali Karolinada mövcud “Toyota” zavoduna sərmayə qoyulacaq. Yapon şirkətində gözləndiyi kimi, investisiya ona “bütün ölkələrdə və regionlarda istehlakçıların tələbatını çevik şəkildə ödəməyə, mümkün olan maksimum sayda variant təklif etməyə” imkan verəcək.
Bu həftənin əvvəlində “Honda Motor” və “LG Energy Solution” elektrikli avtomobillərə kütləvi keçid şəraitində akkumulyator istehsalını genişləndirmək üçün oxşar investisiyalar elan ediblər. Birgə müəssisə çərçivəsində şirkətlər ABŞ-da elektromobillər üçün akkumulyatorlar istehsal edərək zavodun tikintisinə 4.4 milyard dollar sərmayə qoyacaqlar.