7 C
Baku
Sunday, December 15, 2024

“Toyota Motor” rüblük əməliyyat mənfəətini 155% artırıb

İkinci rübün sonunda “Toyota Motor”un əməliyyat mənfəəti 155.6% artaraq 1.44 trilyon yen (9.52 milyard dollar) təşkil edib. Şirkətin xalis mənfəəti 8.7 milyard dollar təşkil etdiyi halda, bir il əvvəlki eyni dövrdə bu rəqəm 3 milyard dollar olub. “Toyota Motor”un rüblük satışları 24% artaraq 70 milyard dollara çatıb. Şirkətin avtomobillərinin satışı bütün bazarlarda artıb. Ümumilikdə, rüb ərzində dünyada yapon istehsalçısının 2.8 milyon avtomobili satılıb.

Mənfəətin artmasına zəifləyən yen, eləcə də bir il əvvəl “Toyota Motor” və digər avtomobil istehsalçılarının mənfəətinə və satışlarına zərər vuran qlobal yarımkeçirici çatışmazlığının yumşaldılması təsir göstərib. Nəticələri nəzərə alaraq, yapon istehsalçısı bütün maliyyə ili üçün proqnozlarını əhəmiyyətli dərəcədə artırıb.

“Toyota Motor” 2024-cü ilin martında başa çatan il üçün xalis mənfəətin 2023-cü illə müqayisədə 61% artaraq 26 milyard dollar, əvvəllər isə 16 milyard dollar təşkil edəcəyini təxmin edir. Eyni zamanda, “Toyota Motor”da avtomobil satışı ilə bağlı proqnozlar əvvəlki kimi qalıb – 11.4 milyon.

Şirkətin səhmləri mənfəətə 4.7% artımla reaksiya verir. “Toyota Motor”un səhmləri ilin əvvəlindən bəri 50%-dən çox artıb.

Son xəbərlər
Digər xəbərlər