23 C
Baku
Friday, April 26, 2024

“Toyota Motor” şirkəti Çindəki üçüncü müəssisəsini işə salıb

“Toyota Motor” şirkəti Çində malik olduğu dörd müəssisədən üçüncüsünü yenidən işə salıb.

“Kyodo” xəbər verir ki, ölkənin şimalındakı Tiancin şəhərində yerləşən müəssisə hissələrin gətirilməsindəki çətinliklər üzündən ilk vaxtlarda tam gücü ilə fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Quanjou (Quanqdonq əyaləti) və Çanqçun (Cilin əyaləti) şəhərlərində yerləşən daha iki müəssisəsini ötən gün işə salan “Toyota” Chenqdu (Siçuan əyaləti) şəhərindəki dördüncü müəssisəsini fevralın 24-dən çalışdıracağı gözlənilir. Müəssisələrin fəaliyyəti koronavirus üzündən dayandırılmışdı.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər