2 C
Baku
Saturday, December 14, 2024

“Toyota Motor” şirkətinin Avropadakı bütün zavodları aprelin 20-dək bağlı olacaq

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” şirkətinin Avropadakı bütün zavodları aprelin 20-dək bağlı olacaq.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, bu qərar şirkətin Rusiyadakı zavoduna aid deyil. Belə ki, “Toyota” aprelin 3-dən Rusiyada istehsalı bərpa edəcək.

Xatırladaq ki, “Toyota” koronavirus epidemiyası ilə əlaqədar bu ayın ortalarından Türkiyə, Portuqaliya, Rusiya, Fransa, İngiltərə və Çexiyada istehsalı dayandırıb.

Son xəbərlər
Digər xəbərlər