Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motors” şirkəti bu ilin əvvəlindən ilk dəfə sentyabr ayında istehsalı artıra bilib.
Korporasiya ötən ay 841 915 ədəd avtomobil istehsal edib ki, bu da əvvəlki ayla (avqustla) müqayisədə 11,7% çoxdur.
“Toyota”nın beynəlxalq satışları da sentyabrda artım nümayiş etdirib – şirkət aylıq müqayisədə 1,9% artımla 837 049 avtomobil satıb.
Bununla belə, korporasiyanın 9 aylıq satış göstəricisi azalıb. Belə ki, yanvar-sentyabrda avtomobil satışı 6 076 468 ədəd olub ki, bu da illik müqayisədə 16,4% azdır.