10 C
Baku
Thursday, December 26, 2024

“Toyota Motor”un xalis mənfəəti üçüncü rübdə 55% azalıb

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” sentyabrın 30-da başa çatan cari maliyyə ilinin ikinci rübünün nəticələrini açıqlayıb. Şirkət xalis mənfəətinin 55% azalaraq 537.7 milyard yuan (3.78 milyard dollar) təşkil etdiyini bildirib. “Toyota Motor”un əməliyyat mənfəəti də son iki ildə ilk dəfə olaraq 20% azalıb, gəlir isə cəmi 0.1% artaraq 74.3 milyard dollara çatıb.

İstehsalçı maliyyə ilinin sonuna qədər 10.85 milyon avtomobilin satılacağını proqnozlaşdırır ki, bu da bir il əvvəlkindən 2.2% azdır.

Şirkətin nəticələri Asiyada daha güclü yen və zəif satışları əks etdirir. Belə ki, Çində yerli istehsalçılarla şiddətli rəqabət şəraitində “Toyota Motor” satışları 14% azalıb. Bundan əlavə, Tailand və İndoneziyada satışlar əhəmiyyətli dərəcədə aşağı olub.

Bu arada, “Toyota Motor” rəhbərliyi mənfəətin əvvəlki illə müqayisədə 23 milyard dollar azalacağı proqnozunu təsdiqləyib. Hesabatın dərcindən sonra şirkətin səhmləri 1.7% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər