“Toyota” avtomobil istehsalçısının “Woven Planet” bölməsi pilotsuz texnologiyaları inkişaf etdirmək üçün Amerikanın “Carmera” startapını alır.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Qeyd edək ki, bu, “Woven Planet”in ağıllı nəqliyyat texnologiyaları sahəsindəki ikinci müqaviləsidir. Bu ilin aprel ayında şirkət “Lyft” taksi aqreqatorunun “Level 5” adlı bölməsini alıb.
Analitiklərin fikrincə, “Toyota” bir daha pilotsuz texnologiyaların inkişafında maraqlı olduğunu nümayiş etdirib. “Carmera”nın alışı Yaponiya şirkətinə yüksək ölçülü yol xəritələrinin tərtib edilməsi sistemlərinə çıxmağa imkan verəcək. Bildirilir ki, “Toyota” və “Carmera” artıq 2018-ci ildən əməkdaşlıq edir.