9 C
Baku
Friday, November 15, 2024

“Toyota” qlobal avtomobil satışını rekord həddə artırıb

Bu ilin mart ayında Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti qlobal miqyasda 982 912 ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 44,2% çoxdur və yeni artım rekordudur.

Avtomobil nəhənginin məhsullarına tələbatın kəskin artması ABŞ və Çindən qaynaqlanır.

Belə ki, ötən ay ABŞ-da idman yolsuzluq və hibrid avtomobillərə, Çində isə “Corolla Sedan” modelinə güclü tələb olub. Son nəricədə “Toyota”nın ölkəxarici satışları 57,8% artaraq 791 568 ədəd, ölkədaxili satışları isə 6,4% artaraq 191 344 ədəd təşkil edib.

Bu ilin yanvar-mart aylarında isə “Toyota”nın qlobal avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% çox olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər