2 C
Baku
Saturday, December 14, 2024

“Toyota” rekord sayda avtomobil istehsal edib

Cari 2023-cü maliyyə ilinin birinci yarısında (1 apreldə başlayıb) “Toyota Motor” konserni 5.58 milyon avtomobil (+12.8%) istehsal edib ki, bu da qeyd olunan müddət ərzində brend üçün rekord göstərici olub.

Avtomobillərin böyük əksəriyyəti (4.2 milyondan çox) yanvar-iyun ayları arasında Yaponiyadan kənarda satılıb. “Toyota” bu il ilk dəfə olaraq dünya üzrə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır.

Yapon şirkəti hazırda pandemiya zamanı qeydə alınan azalmadan sonra həcmləri artırır.

“Toyota” daha əvvəl “Land Cruiser Se” konseptual yolsuzluq avtomobilinin rəsmi şəkillərini dərc etmişdi ki, bu da avtomobil istehsalçısının modellərin elektrik xəttinin gələcək inkişafına sadiqliyini nümayiş etdirir.

Konserndə həmçinin “Kayoibako” konsepti – işgüzar səfərlərdən tutmuş açıq hava səfərlərinə qədər ən geniş ehtiyacları ödəyə bilən avtomobil nümayiş etdirilib.

Son xəbərlər
Digər xəbərlər