8 C
Baku
Thursday, March 28, 2024

Toyota” şirkəti mənfəəti rekord səviyyəyə çatıb

Yaponiyanın “Toyota” şirkəti 2019 maliyyə ilinin ilk yarısında (aprel-sentyabr) rekord səviyyədə xalis mənfəət əldə edib.

Bunu şirkət tərəfindən yayımlanan məlumatlar sübut edir.

Belə ki, avtomobil şirkətinin xalis mənfəəti 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq rekord səviyyəyə – 1,27 trilyon yenə (təxminən, 11 milyard dollar) çatıb. Konsernin həm Yaponiya daxilində, həm də xaricdə yaxşı satışlar sayəsində belə nəticəyə imza atdığı vurğulanır.

Eyni zamanda “Toyota” 2020-ci il martın 31-də başa çatacaq 2019 maliyyə ili üçün cari mənfəət proqnozunu saxlayır. Şirkətin proqnozlarına görə, xalis mənfəət 2,15 trilyon yen (18,6 milyard dollar) olmalıdır ki, bu da 2018 maliyyə ilindəki xalis mənfəətdən 14,2% çoxdur.

©Report

Son xəbərlər
Digər xəbərlər