“Toyota” şirkəti və Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi “Lunaxod” yaradacaqlar

  •  
  •  
  •  
  •  

“Toyota” avtomobil istehsalı şirkəti və Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi pilot tərəfindən idarə ediləcək “Lunaxod”un yaradılması barədə razılığa gəliblər.

Bu məlumatı tərəflər Tokioda keçirilən mətbuat konfransında açıqlayıblar. Bildirilir ki, razılaşmaya əsasən insan tərəfindən idarə ediləcək və Ayın səthində 10 min kilometr məsafəni qət edə biləcək aparatın yaradılması planlaşdırılır. Bunun üçün “Toyota” şirkətinin hidrogen yanacağı ilə işləyən mühərrik istehsalı texnologiyasından istifadə olunacaq.

Eyni zamanda, tərəflərin “Toyota” şirkətinin aparatın avtopilotda hərəkət etməsi və işləmə müddətinin uzadılması ilə bağlı təcrübəsindən istifadə olunması nəzərdə tutulur.

İlkin olaraq kabinəsinə iki nəfərin yerləşəcəyi aparatın yaradılması planlaşdırılır. Yeni aparatın 2029-cu ildə kosmosa göndəriləcəyi gözlənilir.

AzərTac


  •  
  •  
  •  
  •