19 C
Baku
Tuesday, April 16, 2024

“Toyota” şirkəti yeni “Yaris” modelini – ən təhlükəsiz yığcam avtomobilini təqdim edib (Foto)

Toyota şirkəti Yaris modelinin dördüncü nəslini təqdim edib. Yeni hetçbek TNGA modul platformasının variantlarından biri olan GA-B modul platformasında inşa edilib. Bu platforma uzunluğu dörd metrdən az olan yığcam avtomobillər üçün nəzərdə tutulub. Yeniliklər arasında qeyr-adi konstruksiyaya malik olan variator və e-Four elektrik tam ötürməsi və Yars modeli üçün ilk dəfə təklif edilən 1,5-litrlik mühərrik də vardır.

Yeni Toyota Yaris sələfindən 40 mm alçaq və 5 mm qısa olub. Buna baxmayaraq, modelin təkər bazası 55 mm, eni isə 50 mm genişlənib. Beləliklə, yeni Toyota Yariş modelinin qabarit uzunluğu 3940 mm, eni, 1696 mm, hündürlüyü – 1500 mm, təkər bazasının uzunluğu isə 2550 mm təşkil edir. Bundan başqa, yeni hetçbek sələfindən daha qısa kuzov çıxışları, daha aşağı ağırlıq mərkəzi və 50 kq qədər azaldılmış çəkisi ilə fərqlənir. Avtomobilin baza variantı 950 kq çəkiyə malikdir.

Bu dəyişikliklər salonda olan məkanı da artırmağa imkan verib. Sürücünün oturacağı 60 mm arxaya çəkilib. Bundan başqa, ön panelin ölçüləri kiçildilməklə yanaşı, panel bir qədər aşağıda yerləşdirlib. İnteryer tərtibatında daha keyfiyyətli və yumşaq materiallardan istifadə edilib. Hetçbek standart olaraq rəqəmsal cihazlar paneli və mediasistem ilə təchiz edilir. Əlavə ödənişlə 10-düymlük proyeksiya displeyini, sükan çarxının qızdırılmasını, salonun kontur işıqlandırılmasını və panoram tavanı da sifariş etmək mümkündür. Bundan başqa, Yaponiyada hetçbek minib-düşməni asanlaşdıran dönən ön oturacaqlarla təklif ediləcəkdir.

Toyota şirkəti yeni Yaris modelini ən təhlükəsiz yığcam avtomobil adlandırır. Yaris standart olaraq adaptiv kruis-kontrol, avtomatik əyləcləmə sistemi və zolaqda saxlama funksiyası ilə təchiz edilir. Avropa üçün mərkəzi təhlükəsizlik yastığının da nəzərdə tutulduğu bildirilib.

Toyota əsas üstünlüyü hibrid qurğulu Yaris mopdelinə verib. Hibrid aqreqatın tərkibinə 1,5-litrlik atmosfer mühərriki, 61 at qüvvəli elektromotor və elektromexaniki variator daxildir. Dynamic Force ailəsindən olan və Atkinson dövrü ilə işləyən üçsilindrli mühərrik Camry və RAV4 modellərindən tanış olan 2,0 və 2,5 litrlik mühərriklərin yaxın qohumudur. Toyota hibrid aqreqatın güc xarakteristikalarını açıqlamasa da, onun 15% güclü və 20% qənaətcil olduğunu bildirib. Hesablamalar mühərrikin gücünün 115 at qüvvəsi təşkil edəcəyini göstərir. Hibrid litium-ion batareyaları ilə təchiz edilir.

Bundan başqa, yeni Yaris 1,0-litrlik üçsilindrli mühərrik və adi variator, həmçinin 1,5-litrlik Dynamic Force ailəsindən olan mühərriklə təklif ediləcəkdir. 1,5-litrlik mühərriki Shift-CVT elektromexaniki variatoru və 6-pilləli mexaniki qutu ilə sifariş etmək olar.

Yaris standart olaraq öndə McPherson dayaqları, arxada isə yarımüstəqil asqı ilə təklif ediləcəkdir. Yapon istehsalçısı yeni platformada inşa edilmiş hetçbekin drayver avtomobili olduğunu iddia edir. Yaponiyada isə avtomobilin tamötürməli modifikasiyası ikiqollu müstəqil arxa asqı ilə təklif ediləcəkdir. 1,5-litrlik mühərriki olan model muftası olan transmissiyaya, hibrid isə arxa oxda ayrıca elektromotoru olan e-Four sisteminə sahib olacaqdır.

Avropa bazarı üçün nəzərdə tutulmuş Toyota Yaris modelləri əvvəlki kimi Fransada istehsal ediləcəkdirlər. Dördüncü nəsil Yaris modelinin satışlarına gələn ilin yazında start veriləcəkdir.

72291198 2988791097804639 4224117296441851904 n73111364 2988790921137990 537914017822277632 n72411996 2988790934471322 4123839684210065408 n

Son xəbərlər
Digər xəbərlər