15 C
Baku
Tuesday, April 23, 2024

“Toyota” şirkəti ötən ili böyük maliyyə uğuru ilə başa vurub

Yaponiyanın nəhəng avtomobil istehsalı şirkəti olan “Toyota”nın rəhbərliyi bəyan edib ki, şirkət martda başa çatan maliyyə ilində rekord səviyyədə satış həyata keçirərək çox böyük xalis mənfəət əldə edib.

Şirkətin ticarət həcmi əvvəlki illə müqayisədə 6,5 faiz artaraq 268 milyard dollar təşkil edib. Ən çox satış Çində və Avropa ölkələrində qeydə alınıb. Şirkətin xalis mənfəəti isə 36 faiz artaraq 23 milyard dollara çatıb.

Şirkət rəhbərliyinin rəyinə görə, buna səbəb ABŞ Prezidenti Donald Tramp Administrasiyasının korporativ vergilərin qismən azaldılması siyasəti olub.

Buna baxmayaraq, qarşıdakı ildə şirkəti böyük sınaqlar gözləyir. Belə ki, son iki maliyyə ilində ilk dəfə olaraq satışın azlaması və mənfəətin düşməsi proqnozlaşdırılır.

Proqnozlara görə, yapon milli valyutası yenin məzənnəsinin ixraca təsiri fonunda ABŞ və Yaponiyada sorğuların 1,3 faiz, xalis gəlirin isə 15 faiz azalacağı gözlənilir.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər