7 C
Baku
Friday, December 26, 2025

“Toyota” şirkəti sürücülərə yardım edən yeni mini-robot hazırlayıb

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkətinin təqdim etdiyi yeni mini-robot sürücülərlə söhbət edəcək, onları təhlükəsiz hərəkətə çağıracaq.

“Kirobo mini” adlanan yeni robot təmin olunduğu daxili kamera vasitəsilə sürücünün sifətinin mimikasını ayırd etməyə belə qadirdir. Sürücü danışan zaman o, sifəti və əlləri vasitəsilə ona cavab verir. Sürücü əyləci qəflətən basdığı zaman isə robot onu təhlükəsiz hərəkətə çağırır.

Yeni qurğunun dəyəri təqribən 400 dollar olacaq. Onun Tokiodakı və Aiçi prefekturasındakı avtodilerlər vasitəsilə apreldə başlayacaq yeni maliyyə ilində satışa çıxarılacağı gözlənilir.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər