“Toyota” və “Lexus” ABŞ-da satılan 2020-2022-ci il istehsalı 460 min avtomobili geri çağırır.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Verilən məlumata görə, onların stabilləşmə sistemində nasazlıq aşkar edilib.
Geri çağırılma əsasən bu modellərə şamil olunur: Toyota RAV4, Sienna, Highlander, Venza, Lexus NX350h, NX 450h+, LS 500h.
Eyni səbəbdən Yaponiyada təxminən 88 min avtomobil geri çağırılır. ABŞ və Yaponiyada avtomobil sahibləri iyunun sonuna kimi dilerlərdən bildirişlər alacaqlar.