13 C
Baku
Saturday, November 23, 2024

“Toyota” və “Lexus”da təhlükəli nasazlıq aşkar edilib

ABŞ-də Toyota şirkəti 102 min “Tundra” pikap və V6 mühərrikli “Lexus LX” yolsuzluq avtomobillərini qəfil dayanma riski ilə əlaqədar geri çağırır.

Problem istehsalda emal zamanı əmələ gələn qalıqlardan təmizlənməmiş turbo ilə təchiz edilmiş 3.4 mühərrikə aiddir.

Xarici zibil mühərrikin döyülməsinə, kobud işləməsinə, güc itkisinə və işləməməsinə səbəb ola bilər. Bu da öz növbəsində qəza ilə yekunlaşacaq.

Geri çağırılan avtomobillər 2022 və 2023-cü illərdə istehsal olunub. İstehsalçı 2024-cü ilin iyul ayından etibarən potensial problemli avtomobillərin sahibləri ilə əlaqə saxlayacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər