“Toyota Motor Company” komponentlərin çatdırılmasında yaranan problemlərə görə Yaponiyadakı altı zavodda işi müvəqqəti dayandırıb. Bu barədə “Kyodo” nəşri məlumat yayıb.
Fujiokada komponentlər istehsal edən “Chuo Spring” zavodunda baş verən partlayış nəticəsində hissələrin təchizatında fasilə yarandığı üçün işlər dayandırılıb. İşin bərpası ilə bağlı qərar oktyabrın 17-də günortadan sonra veriləcək.
Şirkətdən verilən məlumata görə, “Chuo Spring” zavodunda partlayış oktyabrın 16-da baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.