27 C
Baku
Saturday, July 27, 2024

“Toyota” yeni “Century” krossoverini təqdim edib – Fotolar

“Toyota” şirkəti yeni “Century” krossoverini təqdim edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Yenilik hələki yalnız Yaponiya bazarında mövcuddur, TNGA-K platforması üzərində qurulub və 5205х1990х1805 mm ölçülərinə malikdir.

91112Krossover 4 nəfərlik oturacaqlar alıb, hansı ki isitmə və havalandırma sistemi ilə təmin edilib. Yolsuzluq avtomobili 3.5 litrlik benzin mühərrikinə əsaslanan hibrid sistemlə idarə olunur. Sistem ümumilikdə 412 at gücündədir. Avtomobilin elektrik mühərriklə gediş məsafəsi isə 69 km-dir.

2

3

4

16

6

“Toyota Century” krossoveri ayda 30-dan çox olmayaraq istehsal ediləcək. Yenilik yapon brendinin çeşidində ən bahalı model olacaq. Lüks sayılan bu avtomobilin qiyməti 25 milyon yendən başlayacaq.

Son xəbərlər
Digər xəbərlər