“Toyota” şirkəti ilk elektrikli krossoverini təqdim edib.
Banker.az xəbər verir ki, “Toyota bZ4X” avtomobili özündə markanın ən qabaqcıl texnologiyalarını, o cümlədən “Toyota Safety Sense” kompleksinin üçüncü nəslini və günəş panellərini birləşdirir.
“Toyota bZ4X” bazara ən azı iki modifikasiyada daxil olacaq. Avtomobilin bir cərəyanla 500 km-dək məsafə qət edə biləcəyi, batareyanın 80%-dək doldurulmasının, təxminən, yarım saat vaxt aparacağı bildirilir.
Krossoverin qiyməti hələ açıqlanmasa da, onun rəsmi təqdimatının dekabrın 2-si baş verəcəyi bildirilir.