“Toyota” üçüncü nəsil “Sequoia” yolsuzluq avtomobilini təqdim edib. Model yeni platforma üzərində qurulub. Model 12.3 düymlük virtual alətlər paneli və 14 düymlük böyük sensor displeyi ilə təchiz olunub.
Qeyd edilir ki, bulud xidməti əsasında qurulan bu məlumat-əyləncə sistemi həm də səsli idarəetmə funksiyasını dəstəkləyir. Onun aktivləşməsi üçün “Hey Toyota” demək kifayət edir.
Güc aqreqatına gəlincə, “Sequoia” 443 at gücündə hibrid mühərriklə təchiz olunub. Üçüncü nəsil “Toyota Sequoia”nın istehsalına Texasdakı zavodda başlanılacaq və ilk olaraq model iki bazarda – ABŞ və Kanada təqdim olunacaq. Qiymətlər bu yay planlaşdırılan satışların başlamasına yaxın elan olunacaq.