Yaponiyanın “Toyota” şirkəti yeni ucuz “Aygo X” krossoverini təqdim edib.
Banker.az xəbər verir ki, satışların 2021-ci ilin noyabr ayında başlaması planlaşdırılır.
“Toyota Aygo X” krossoveri standart “Aygo” modelini əvəz edəcək, avtomobil “GA-B” – qlobal “TNGA” arxitekturasının “kiçik” modifikasiyası üzrə qurulacaq. Görüşüncə yenilik “Toyota Aygo X Prologue” konseptual krossoverinin bir sıra xüsusiyyətlərini təkrarlayır. Lakin üçqapılı prototipdən fərqli olaraq, beşqapılı kuzov ilə təchiz edilib.
İlkin məlumatlara görə, avtomobil təxminən 100 at gücünə malik kompakt üç silindrli benzin mühərriklə təchiz ediləcək. Bu model üçün hibrid modifikasiya nəzərdə tutulmayıb.
Yeni “Toyota Aygo X” şirkətin Çexiyanın Kolin şəhərindəki zavodunda buraxılacaq. Avropada satışlar 2022-ci ilin birinci yarısında başlayacaq.