“Neftin ucuz olması Azərbaycanla həyata keçirilən layihələrə əngəl olmur”.
Neft qiymətlərinin aşağı olaraq qalması real görünmür. Növbəti il neftin qiyməti bir barelə görə 60 dollara çatacaq. Neftin qiymətinin 60 dollarlıq bir həddə çatması neft şirkətləri üçün qaneedici bir rəqəmdir.
Bunu TPAO-nun baş direktoru Besim Şişman deyib.
Onun sözlərinə görə, neft qiymətlərinin 60-70 dollarlıq həddə çatması Azərbaycan şirkətləri də daxil olmaqla, bütün neft şirkətlərini rahat edəcək.
Baş direktor həmçinin qeyd edib ki, neftin ucuz olması Azərbaycanla həyata keçirilən layihələrə əngəl olmur.
Şirkətin rəhbəri həmçinin əlavə edib ki, neftin qiymətləri hazırda yüksəldiyindən əlavə kreditin cəlbi barəsində danışıqlar getmir:
“Bu il üçün kredit cəlbinə ehtiyac duymuruq. Neftin qiymətləri yüksəldiyi üçün gözləmək mövqeyi tutmuşuq. İlin sonundan sonra vəziyyətə yenidən baxacağıq”.
Qeyd edək ki, Türkiyənin TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) şirkəti Azərbaycana təxminən 9 milyard dollar investisiya edib. Şirkət “Cənubi Qafqaz Boru Kəməri” layihəsində 19%-lik paya malikdir. Bundan başqa, şirkət “Şahdəniz” layihəsində payını 9%-dən 19%-ə yüksəldib.
Oxu.az