3 C
Baku
Saturday, December 14, 2024

TRACECA-nın vahid rəqəmsal platforması yaradılacaq

TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru) iştirakçısı ölkələrin vahid rəqəmsal platformasının yaradılması istiqamətində işlər aparılır.

Banker.az xəbər verir ki, bu barədə TRACECA Hökumətlərarası Komissiyasının Baş katibi Aset Asavbayev Bakıda Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) çərçivəsində bildirib.

Onun sözlərinə görə, söhbət iştirakçı ölkələrin nəqliyyat sahəsində müxtəli informasiya sistemlərini birləşdirən vahid platformadan gedir.

Aset Asavbayev qeyd edib ki, TRACECA çərçivəsində rəqəmsallaşdırma sahəsində böyük işlər aparılır.

Bu işlərin sırasında, Aset Asavbayev çoxtərəfli icazə sistemlərinin rəqəmsallaşdırılması, vahid tranzit icazə barəsində razılaşmanın tətbiqi, intellektual xəritənin tətbiqi, TRACECA marşrutu üzrə tədarük zəncirinin rəqəmsallaşdırılması və digər məsələləri qeyd edib.

Bununla yanaşı, Baş katibinin sözlərinə görə, Tacikistan-Özbəkistan-Qazaxıstan-Azərbaycan marşrutu üzrə qlobal tranzit sənədin ilk pilot tətbiqi üzrə birgə işlər davam etdirilir.

Qeyd edək ki, Bakıda TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Koridoru), USAID və KAZLOGISTICS tərəfindən təşkil edilmiş və 16-22 may tarixlərini əhatə edən Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə ticarətin artırılması imkanları mövzusunda təlim turu (RoadShow/StudyTour) keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər