1 C
Baku
Saturday, December 14, 2024

“Trading Economics” Azərbaycanda orta illik inflyasiyanı 5% səviyyəsində proqnozlaşdırır

Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 5% səviyyəsində proqnozlaşdırır.

Proqnozlara əsasən, birinci rübdə orta illik inflyasiya 1.8%, ikinci rübün sonuna 4.4%, üçüncü rübün sonuna 5.3%, dördüncü rübün sonuna isə 5% səviyyəsində gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 1.3% artıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə 3.9%-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4.7%-ə qədər azalacağını, 2025-ci ildə 5% olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5.8%, 2025-ci ildə 5.2% təşkil edəcək.

Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4.4%, 2025-ci ildə 5.5% olacağını proqnozlaşdırıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər