Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Ecomonics” 2024-cü ilin sonunadək Azərbaycanda uçot dərəcəsinin 6.5%-ə enəcəyini proqnozlaşdırır.
Bildirilib ki, birinci rübdə uçot dərəcəsi 7.25% səviyyəsində saxlanılacaq, ikinci və üçüncü rübdə 7%, dördüncü rübündə isə 6.5% səviyyəsinə düşəcək.
Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0.25 faiz bəndi azaldılaraq 8%-dən 7.75%-ə endirilməsi barədə qərar qəbul edib.
Faiz dəhlizinin aşağı həddi 0.25 faiz bəndi azaldılaraq 6.5%-dən 6.25%-ə, yuxarı həddi isə 0.25 faiz bəndi azaldılaraq 9%-dən 8.75%-ə endirilib.
Faiz dəhlizinin parametrləri haqda növbəti qərar sabah, martın 28-də açıqlanacaq.